Abbas Bağırova qarşı dələduzluq edən şəxsin məhkəməsində zərərçəkmiş dindirilib

Abbas Bağırova qarşı dələduzluq edən şəxsin məhkəməsində zərərçəkmiş dindirilib Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Şou-biznes
5 Fevral , 2019 14:30
Abbas Bağırova qarşı dələduzluq edən şəxsin məhkəməsində zərərçəkmiş dindirilib

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittihan aktını elan edib.

O.Mehrəliyev isə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş qismində Xətai Yusubov ifadə verib. O söyləyib ki, təqsirləndirilən şəxslə sosial şəbəkədə tanış olub, sonra ona məhkəmə işlərini həll etməkdə köməklik göstərib: "Orxanla dost kimi yaxın münasibətlərimiz olub. Mən dövlət idarələri və nazirlikdə hüquqşünas kimi çalışmaq istəyirdim. Bu barədə Orxana deyəndə bacısının əri Rizvan Abbasovun Daxili Qoşunlarda işlədiyini, ona deyəcəyini bildirdi. Orxan dedi ki, Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə vakansiya var, ona görə məndən əvvəl 100 min pul istədi. Biz 50 minə razılaşdıq, pulu da Orxana verdik. Sonra Rizvan Abbasovun işlədiyi yerə gedib, danışdıq. O, məndən Ədliyyə Nazirliyindən arayış almaq üçün daha 2500 manat pul istədi. Həmin məbləği də onlara verdim. Bir qədər keçəndən sonra bildim ki, Müdafiə Nazirliyində belə bir boş yer yoxdur, aldanlıdığımı başa düşdüm".

X.Yusubov ifadəsinin davamında vurğulayıb ki, bu işə görə daha əvvəl Rizvan Abbasovla bağlı Hərbi Prokurorluğa müraciət edib: "Sonra işi Sumqayıt Prokurorluğuna göndərdilər. Mən əslində Orxana 67 min manat pul vermişəm, lakin istintaq orqanı mənim 52500 manat zərər çəkdiyimi qeyd edib. Orxan istintaqda ifadəsində söyləyib ki, guya mən evimdə ona dərman vermişəm, sonra mənimlə cinsi əlaqədə olub".

Hakim təqsirləndirilən şəxsin dediklərinin protokola yazılmamasını tapşırıb: "Bu sizin şəxsi işinizdir. Həmçinin təqsirləndirilən şəxs hələ məhkəmədə ifadə verməyib. Bunlar protokola qeyd edilməyəcək".

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.

İttiham aktına əsasən, O.Mirəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.

O həmçinin müğənni A.Bağırova məxsus, həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.

Cinayət materialına görə, O.Mirəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat pul alaraq, onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. O, təkrarən Maman Nadirovdan 2017-ci ildə 3500 manat pul alaraq, onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

O.Mirəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır. 

Son xəbərlər

Orphus sistemi