ƏƏSMN 6 ayda 646 min vətəndaşın müraciətini cavablandırıb

ƏƏSMN 6 ayda 646 min vətəndaşın müraciətini cavablandırıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 6 ayında (karantin dövründə Operativ Qərargahın tələblərinə uyğun) 25,5 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib.
Sosial müdafiə
2 Avqust , 2020 11:03
ƏƏSMN 6 ayda 646 min vətəndaşın müraciətini cavablandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 6 ayında (karantin dövründə Operativ Qərargahın tələblərinə uyğun olaraq) 25,5 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, onlardan 869-nu nazir və nazir müavinləri, nazirliyin Aparat rəhbəri və digər rəhbər vəzifəli şəxsləri qəbul edib.

Yanvar-iyun aylarında ümumilikdə nazirlik tərəfindən 646,4 min (o cümlədən 142 Çağrı mərkəzi vasitəsilə 421,7 min, ərizə, onlayn, elektron poçt ilə edilən 155 min, sosial şəbəkələr ("Facebook", "Instagram" və s.) vasitəsilə 61,2 min, Nazirliyin Aparatı üzrə iş telefonları vasitəsilə 8,5 min) vətəndaş müraciəti cavablandırılıb.

Hər bir müraciətdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.

Son xəbərlər

Orphus sistemi