"Toplan" Abşeronda sahibsiz itlər üçün yeni sığınacaqlar inşa edir

"Toplan" Abşeronda sahibsiz itlər üçün yeni sığınacaqlar inşa edir “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi Bakı şəhərindəki sahibsiz itlərlə bağlı həyata keçirilən layihənin davamı olaraq yeni it sığınacağı yaradacaq.
Sosial müdafiə
9 Sentyabr , 2019 12:31
Toplan Abşeronda sahibsiz itlər üçün yeni sığınacaqlar inşa edir

“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi Bakı şəhərindəki sahibsiz itlərlə bağlı həyata keçirilən layihənin davamı olaraq yeni it sığınacağı yaradacaq. 

Mərkəzdən "Report"a verilən məlumata görə, sığınacaq Abşeron rayonu Pirəkəşkül qəsəbəsində inşa ediləcək və 5 min itin saxlanılması üçün əlverişli olacaq.

Bu sığınacaqda “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən küçələrdən toplanan və mərkəzdə müəyyən tibbi prosedurlardan keçən itlər məskunlaşacaq. 

Yeni sığınacaq sahibsiz itlərin məskunlaşma yeri olmaqla yanaşı, həmçinin onların baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatələndiyi məkan olacaq. Pirəkəşkül qəsəbəsindəki sığınacağın 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi fərdi şəxslər tərəfindən yaradılan sığınacaqlara dəstək göstərilməsi istiqamətində daha bir layihəni başa çatdırmaq üzrədir. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki park ərazisində olan it sığınacağının müraciəti əsasında “Toplan” Mərkəzi onların mövcud şəraitinin yaxşılaşdırılması işlərini həyata keçirib. Müraciət əsasında “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən itlər üçün yeni ünvanda müasir tələblərə cavab verən sığınacaq inşa olunub. Sentyabr ayında istifadəyə veriləcək bu sığınacaqda it qəfəsləri, su, kanalizasiya və işıqlandırma sistemi qurulub. 

Son xəbərlər

Orphus sistemi