Koronavirusa qarşı sprey hazırlanır

Koronavirusa qarşı sprey hazırlanır İspaniyalı alimlər ağız boşluğunda koronavirusun yayılmasını dayandıra biləcək sprey hazırlayır.
Sağlamlıq
1 Avqust , 2020 01:32
Koronavirusa qarşı sprey hazırlanır

İspaniyalı alimlər ağız boşluğunda koronavirusun yayılmasını dayandıra biləcək sprey hazırlayır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Elmi Tədqiqatlar Ali Şurası tərəfindən məlumat verilib.

“İnfeksiyanın ağız boşluğundan başlandığı hesab edilir, buna görə müəyyən molekullara əsaslanan sprey virus hissəciklərinin nüfuz edə bilmədiyi maneə yaradacaq. Artıq virusa yoluxma baş versə belə, sprey viral hissəcikləri zərərsizləşdirəcək. Bu molekulların infeksiyaya təsir etdiyini təsdiqləyə bilsək, geniş spektrli antiviral əldə edə bilərik” – deyə, Ümumi Üzvi Kimya İnstitutunda işləyən alim Xulia Revuelta bildirib.

Son xəbərlər

Orphus sistemi