Bu meyvəni yeyin, təzyiqdən xilas olun

Bu meyvəni yeyin, təzyiqdən xilas olun Alimlər hipertoniya riskini azaldan ən yaxşı meyvəni müəyyənləşdiriblər
Sağlamlıq
4 Avqust , 2020 17:52
Bu meyvəni yeyin, təzyiqdən xilas olun

Həkimlər hipertoniya riskini azaldan ən yaxşı meyvəni müəyyənləşdiriblər.

“Report” “Express”ə istinadən xəbər verir ki, quava meyvəsinin şirəsi təzyiqi sürətli şəkildə aşağı salır. 

“Quava hipertoniyası olan insanlar üçün əla səhər yeməyidir. Bu meyvədə damarları genişləndirmə effekti verən böyük miqdarda C vitamini var”, - diyetoloq Sara Brüer bildirib.

Həkimlərin sözlərinə görə, quavadan gündəlik qidalanma təzyiqi 7,5-8,5 mm civə sütunu aşağı sala bilər.

Bundan başqa, quava zərərli xolesterin səviyyəsinin 7% azalmasına səbəb olur.

“Quava C vitamini, antioksidant və kaliumun ən yaxşı mənbəyidir. Səhər quava ilə qidalanın, meyvə salatlarına əlavə edin, şirəsini için. Meyvəni alarkən onun şirinləşdirilmədiyinə diqqət yetirin”, - S.Brüer əlavə edib.   

Son xəbərlər

Orphus sistemi