Biləsuvar və Cəlilabadda qanvermə aksiyası keçirilib - FOTO

Biləsuvar və Cəlilabadda qanvermə aksiyası keçirilib - FOTO Azərbaycanın bölgələrində Aşura günü ilə əlaqədar olaraq keçirilən qanvermə aksiyası davam etdirilir.
Sağlamlıq
10 Sentyabr , 2019 15:59
Biləsuvar və Cəlilabadda qanvermə aksiyası keçirilib - FOTO

Azərbaycanın bölgələrində "Aşura" günü ilə əlaqədar olaraq keçirilən qanvermə aksiyası davam etdirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar və Cəlilabad rayonlarında da qanvermə aksiyası keçirilib.

Biləsuvar rayonunda keçirilən aksiya “Cümə” məscidində rayon icra hakimiyyətinin təşkilatçılığı və Respublika “Qan Bankı”nın dəstəyi ilə baş tutub. Aksiyada rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, həmçinin, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri fəal iştirak ediblər.

Ümumilikdə, aksiyada Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən rayonun 100 nəfərə yaxın sakinindən qan götürülüb. 

Eyni zamanda qanvermə aksiyası Cəlilabad rayonunda da davam etdirilir. Aksiya Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında keçirilir. Aksiyada rayon rəsmiləri ilə yanaşı, yerli sakinlər də iştirak ediblər.

Qeyd edək ki, Məhərrəm ayının onuncu, Aşura günü ilə əlaqədar olaraq, respublikanın 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası keçirilir. Məqsəd ölkədə qan xəstəliyindən əziyyət çəkən uşaqlara yardım etmək və onlara mənəvi dəstək olmaqdan ibarətdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Son xəbərlər

Orphus sistemi