Avtobuslarda və dayanacaqlarda maskadan istifadə məcburi oldu

Avtobuslarda və dayanacaqlarda maskadan istifadə məcburi oldu Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.
Sağlamlıq
29 May , 2020 16:12
Avtobuslarda və dayanacaqlarda maskadan istifadə məcburi oldu
0 : 00
0 : 00

Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. 

Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə qoruyucu tibbi maskaların taxılması məcburidir. 

Qərar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) də keçərlidir. 

Son xəbərlər

Orphus sistemi