Aşura günü paytaxt və bölgələrdə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb.
№ | Şəhər, rayon | 2018-ci il təklif olunan yerlərin sayı | Qanvermə aksiyasının keçirilməsi üçün təklif olunan yerlər | Ünvan |
| Binəqədi | 1 | -İmam Əli məscidi | 6-cı Mik.rayon M.Məmmədxan k.3215-ci məh. |
| Xəzər | 2 | -14saylı Birləşmiş şəhər xəstəxanası -Mirmöhsün ağa ziyarətgahı | -Buzovna qəs.R.Axundov küçəsi 2 -Şüvəlan qəs. A.İldırım küçəsi 1 |
| Nəsimi | 2 | -Əjdərbəy məscidi(mərasim zalında) -20 saylı şəhər paliklinikası | -S.Vurğun küçəsi 78 -3-cü mikrarayon, Cavadxan küç.22 |
| Nizami | 1 | -Şah Abbas məscidi | -Keşlə qəs.M.Hilal küçəsi 18 |
| Sabunçu | 1 | -Rəhimə xanım ziyarətgahı | -Nardaran qəs.M.F.Axundzadə küç.107 |
| Səbail | 2 | -Bibiheybət məscid ziyarətgahı | -Bibiheybət yolu 2 |
| Suraxanı | 1 | -Qaraçuxur məscidi | -Qaraçuxur qəs.Ə.Mehbalıyev küç.58 |
| Yasamal | 2 | -Təzə Pir məscidi -Hacı Soltanəli məscidi -Hacı Cavad məscidi | -M.F.Axundov 7 -S.Əsgərov küç.75 -Şərifzadə 3 |
| Gəncə | 1 | -İmamzadə kompleksi | -Atabəylər prospekti 230 |
| Lənkəran | 1 | Böyük bazar məscidi | -Hacılar küçəsi 1 |
| Mingəçevir | 1 | -Heydər məscidi | -Aydın məmmədov 53 |
| Sumqayıt | 1 | -Sumqayıt şəhər Cümə məscidi | -Sahil küçəsi 5 |
| Şəki | 1 | -İmam Əli məscidi | -Şəki ş.Pişəvəri küç.4 |
| Şirvan | 1 | -Mərkəzi Qan bankının Şirvan bölmə | - |
| Ağcabədi | 1 | -Ağcabədi ray. Mərkəzi xəstəxanası | -Hüsü Haciyev küç.104 |
| Ağsu | 1 | -Ağsu ray. Mərkəzi xəstəxanası | -M.Rəsulzadə küç.172 |
| Beyləqan | 1 | -Beyləqan ray. Mərkəzi xəstəxanası | -Sevil qazıyeva küç.21 |
| Bərdə | 1 | -Bərdə İmamzadə | -Nüşabə küç,34 |
| Biləsuvar | 1 | -Biləsuvar ş.Cümə məscidi | -Nizami küç 55 a |
| Cəlilabad | 1 | -Cəlilabad ray.Mərkəzi xəstəxanası | -Mehdi Hüseynzadə küç.82 |
| Göyçay | 1 | -Əbülfəzlil- Abbas məscidi | -N.Nərimanov küç.70 |
| Xaçmaz | 1 | -Xaçmaz şəhər məscidi | 20 yanvar 34 |
| Quba | 1 | -Mərkəzi qan bankının Quba bölməsi | -Fətəli xan küçəsi 10 c |
| Masallı | 1 | -Masallı şəh.cümə məscidi | -Füzuli küç.1 |
| Salyan | 1 | -Hacı Tağı məscidi | -Şəhriyar küç.66 |
| Şirvan ş. | 1 | -Şirvan şəhər məscidi | -Xaqani küç. 4 |
| Nizami | 1 | -Sahibəzzaman məscidi` | -R.Rüstəmov küç.25-ci məhəllə |
| Sabunçu | 1 | -İmam Riza məscidi | -Bakıxanov qəs.Sülh küç.1/7 |
Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Aşura günü sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.