Yuliya Skripal xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

Yuliya Skripal xəstəxanadan evə buraxılıb - YENİLƏNİB Bu gün Skripalı müalicə edən həkimlərin bəyanat verəcəyi gözlənilir
Region
10 Aprel , 2018 11:24
Yuliya Skripal xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

Bakı. 10 aprel. REPORT.AZ/ Yuliya Skripal Solsberidəki xəstəxanadan evə buraxılıb və "təhlükəsiz yerə" çatdırılıb.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.


*** 11:15

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın qızı Yuliya Skripal Böyük Britaniyanın Solsberi şəhərində zəhərləndikdən sonra, çox güman, xəstəxanadan evə buraxılır.

Bu barədə "Report" "Sky News" telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Yuliya Skripal bir gün əvvəl xəstəxanadan çıxmalı idi, amma mənbələr onun həqiqətən xəstəxanadan çıxıb-çıxmadığını təsdiqləməyib.

Bu gün Skripalı müalicə edən həkimlərin bəyanat verəcəyi gözlənilir.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, hərbi kəşfiyyatçı Sergey Skripal və onu görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Solsberidə Ticarət Mərkəzinin yaxınlığındakı oturacaqda huşsuz vəziyyətdə tapılıb. Onlar nadir əsəb iflic edən maddədən zəhərlənmə diaqnoizu ilə təcili surətdə xəstəxanaya çatdırılıblar. Ata və qızı reanimasiyada koma vəziyyətində olub. Bu hadisə nəticəsində 21 nəfər, o cümlədən, hadisə yerinə ilk çatan Nik Beyli adlı polis əməkdaşı da zəhərlənib.

Britaniya hökuməti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bu işdə Moskvanı ittiham edib.

Rusiya tərəfi isə ittihamları qəti şəkildə rədd edib, amma istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi