Yerevanda qadın körpəni doğub zibil çəninə atdı

Yerevanda qadın körpəni doğub zibil çəninə atdı Bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlayıb, körpəni doğan qadın saxlanılıb.
Region
30 İyul , 2020 12:37
Yerevanda qadın körpəni doğub zibil çəninə atdı

Yerevanda qadın körpəni doğaraq onu polietilen torbaya büküb zibil çəninə atıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Polisinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, körpəni doğan qadın saxlanılıb.

Məlumata görə, hadisə iyulun 29-da baş verib. Yerevanın Kanaker-Zeytun inzibati rayonundakı xəstəxanaya qanaxma ilə 31 yaşlı qadın gətirilib. Məlum olub ki, qadın iş yerində uşağı doğub və polietilen torbaya bükərək zibil çəninə atıb.

Son zamanlar Ermənistanda yeni doğulan körpələrin atılması hallarına dair tez-tez məlumatlar yayılır. Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında 7 578 körpə dünyaya gəlib. Bu, 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 374 körpə azdır. 2018-ci ildə isə 7 952 körpə doğulub. “Manuk” İnformasiya Mərkəzinin məlumatına əsasən, 2019-cu ildə valideynləri imtina edən körpələrin sayı 34, 2018-ci ildə isə bu göstərici 33 nəfər olub.

Son xəbərlər

Orphus sistemi