Yerevanda atışma olub, ölən və yaralanan var

Yerevanda atışma olub, ölən və yaralanan var Ermənistanın paytaxtı Yerevanda yerləşən “Astxik” Tibb Mərkəzinin həyətində meyit tapılıb.
Region
8 Sentyabr , 2020 02:59
Yerevanda atışma olub, ölən və yaralanan var

Ermənistanın paytaxtı Yerevanda yerləşən “Astxik” Tibb Mərkəzinin həyətində meyit tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, meyiti tapılan naməlum şəxs odlu silahdan açılan atəşlə qətlə yetirilib. Şahidlərin məlumatına görə, daha bir nəfər yaralı vəziyyətdə tibb mərkəzindədir.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, ölən və yaralanan şəxslərin kimliyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi