Vladimir Putinin seçki kampaniyasına xərclənən maliyyə vəsaitinin həcmi açıqlanıb

Vladimir Putinin seçki kampaniyasına xərclənən maliyyə vəsaitinin həcmi açıqlanıb Rusiyada prezident seçkisi martın 18-də keçiriləcək
Region
7 Mart , 2018 17:33
Vladimir Putinin seçki kampaniyasına xərclənən maliyyə vəsaitinin həcmi açıqlanıb
РИА

Bakı. 7 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin seçki fondu seçkiqabağı kampaniyaya 347 milyon rubl (61 milyon 31 min 18 dollar, yaxud 10 milyon 375 min 300 manat) xərcləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, maliyyə vəsaitinin çoxu çap və təbliğat materiallarının hazırlanmasına xərclənib. Vladimir Putinin seçki fonduna 407,5 milyon rubl (7 milyon 158 min 412 dollar, yaxud 12 milyon 169 min 300 manat) maliyyə vəsaiti daxil olub. Qanuna əsasən, seçkiqabağı kampaniyaya maksimum 400 milyon rubl (7 milyon 35 min 294 dollar, yaxud 11 milyon 960 min manat) xərclənə bilər. Qalan maliyyə vəsaiti göndərənə qaytarılır.

Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 18-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi