Bakı. 27 mart. REPORT.AZ/ Kuzbassın vitse-qubernatoru Sergey Tsivilyev "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində baş vermiş faciədən sonra Kemerovonun baş meydanında toplaşmış insanlar qarşısında diz çökərək üzr istəyib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Mitinqin başlamasından yeddi saat sonra administrasiya nümayəndələri tədbiri başa çatdıraraq dağılmağı təklif edib, lakin iştirakçılar bu təklifi rədd edərək, səs-küy salıblar.
Hazırda meydanda bir neçə yüz insan var.