Türkiyədə qəzaya uğramış hərbi təyyarənin pilotu ölüb - YENİLƏNİB

Türkiyədə qəzaya uğramış hərbi təyyarənin pilotu ölüb - YENİLƏNİB Hadisə Nevşehir əyalətində təlim zamanı baş verib
Region
23 Mart , 2018 00:16
Türkiyədə qəzaya uğramış hərbi təyyarənin pilotu ölüb - YENİLƏNİB

Bakı. 23 mart. REPORT.AZ/ Türkiyənin Nevşehir əyalətində qəzaya uğrayan “F-16” qırıcı təyyarəsinin pilotu həlak olub.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının nümayəndəsi məlumat yayıb.

“Qəzadan dərhal sonra aparılmış əməliyyat–axtarış tədbirləri nəticəsində təyyarənin qalıqları və pilotun meyiti aşkar olunub”, - deyə Baş Qərargahın rəsmi internet səhifəsində qeyd olunub.


*** 22:57

Bakı. 22 mart. REPORT.AZ/ Türkiyənin Nevşehir əyalətində təyyarə qəzası baş verib.

"Report" "Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı təlimlər zamanı qəzaya uğrayıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, heç bir məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi