Bakı. 30 mart. REPORT.AZ/ Türkiyənin Bayburt bölgəsində avtomobil və mikroavtobusun su kanalına düşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Report" TRT-yə istinadən xəbər verir ki, bunu Bayburt valisi Ali Hamza Pehlivan bildirib.
İran dövlət nömrə nişanlı maşın Bayburt-Gümüşhane avtomobil yolunun Aydıntepe yolayrıcında kanalizasiya suyu üçün nəzərdə tutulan və tikilməkdə olan kanala düşüb. Maşındakılar İran vətəndaşları olublar.
Onun ardınca Bayburt-Trabzon marşrutu üzrə hərəkət edən mikroavtobusun da həmin yerə düşməsi nəticəsində ikinci qəza baş verib. Kanalın dərinliyi 5 metrdir.
Hadisə nəticəsində ölənlər Türkiyə və İran vətəndaşlarıdır.
Qəzaların baş vermə səbəbi araşdırılır.