Türkiyə və Rusiya prezidentləri arasında oxşar cəhət

Türkiyə və Rusiya prezidentləri arasında oxşar cəhət Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayib Ərdoğan arasında olan oxşar cəhət hər ikisinə çətin vəziyyətlərdən çarə tapmağa kömək edir.
Region
17 İyul , 2020 15:26
Türkiyə və Rusiya prezidentləri arasında oxşar cəhət
Dmitriy Peskov

Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında olan oxşar cəhət hər ikisinə çətin vəziyyətlərdən çarə tapmağa kömək edir.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun fikrincə, Rusiya lideri danışıqlar apararkən məsələləri konkret şəkildə qoyaraq məhz dediklərini nəzərdə tutur, verdiyi vədləri də ən qısa zamanda yerinə yetirir.

“Bu baxımdan Putin ilə Ərdoğan bir-birinə oxşayırlar. Həmin cəhətə görə onlar ən çətin vəziyyətlərdən belə çarə tapa bilirlər”, - Kreml rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi