Türkiyәdә koronavirusla bağlı son vәziyyәt

Türkiyәdә koronavirusla bağlı son vәziyyәt Bu gün Türkiyədə koronavirusdan 23 nəfər ölüb.
Region
10 İyul , 2020 21:06
Türkiyәdә koronavirusla bağlı son vәziyyәt

Bu gün Türkiyədə koronavirusdan 23 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 323-ə çatıb. 

Son sutka ərzində koronavirusa daha 1 003 nəfər yoluxub. Beləliklə Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 210 965 nəfərə yüksəlib.

Son sutkada Türkiyədə 1 493 nəfər koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 191 883 nəfərə yüksəlib.

Son xəbərlər

Orphus sistemi