Səudiyyə Ərəbistanı və Rusiya karbohidrogen bazarındakı vəziyyəti müzakirə ediblər

Səudiyyə Ərəbistanı və Rusiya karbohidrogen bazarındakı vəziyyəti müzakirə ediblər Bakı. 19 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud və Rusiya Prezidenti Vladimir Putin dünya karbohidrogen bazarlarında iki ölkə arasında qarşılıqlı fəaliyyəti bundan sonra da davam etdirməyə hazır olduqlarını bildiriblər.
Region
19 Fevral , 2019 20:57
Səudiyyə Ərəbistanı və Rusiya karbohidrogen bazarındakı vəziyyəti müzakirə ediblər

Bakı. 19 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud və Rusiya Prezidenti Vladimir Putin dünya karbohidrogen bazarlarında iki ölkə arasında qarşılıqlı fəaliyyəti bundan sonra da davam etdirməyə hazır olduqlarını bildiriblər.

“Report” TASS-a istinadən xəbər verir ki, iki lider arasındakı telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub.

“Hər iki tərəf ticarət-iqtisadi və sərmayə də daxil olmaqla qarşılıqlı fəaliyyətin yüksək səviyyəyə nail olunduğu qənaətinə gələrək Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı çoxşaxəli əlaqələrin daha da gücləndirilməsi üçün ölkələrin səy göstərdiyi ifadə olunub”, - deyə Kremlin məlumatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi