Bakı. 15 mart. REPORT.AZ/ "Moskva ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo ilə işləməyə hazırdır."
"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA "Novosti"yə bildirib.
"Bu, onların suveren hüququdur. Biz hamı ilə işləməyə hazırıq", - S.Lavrov deyib.
Qeyd edək ki, bu il martın 13-də ABŞ Prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərib və bu vəzifəyə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonun namizədliyini təklif edib.