Türkiyədə partlayış törədilib, 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Türkiyədə partlayış törədilib, 3 nəfər ölüb, 6 nəfər yaralanıb Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları və xilasedicilərin cəlb edildiyi bildirilib.
Region
9 İyul , 2020 13:50
Türkiyədə partlayış törədilib, 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Sakaryanın Adapazar rayonunun Taşkısığı bölgəsində avtomobildə meydana gələn partlayış nəticəsində 3 əsgər şəhid olub, biri mülki vətəndaş olmaqla 6 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, Sakarya Böyükşəhər bələdiyyəsinin sədri Ekrem Yüce bildirib.


***13:25

Sakaryada fişəng daşıyan yük avtomobilində meydana gələn partlayış nəticəsində Daxili Qoşunların 5 jandarmı yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.


***13:08

Türkiyənin Sakarya əyalətinin Taşkısığı rayonunda partlayış olub.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Sakaryada fişəng fabrikində baş verən partlayış nəticəsində 4 nəfər ölmüş, 90-dan çox insan yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi