Vaşinqtonun Rusiyanın İstintaq Komitəsinin iki əməkdaşına qarşı sanksiya tətbiq etməsindən sonra Moskva Rusiyaya girişinə məhdudiyyət qoyulan ABŞ vətəndaşlarının siyahısını genişləndirəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Əlbəttə, biz də müvafiq qaydada ABŞ vətəndaşlarının ölkəmizə girişi üzrə məhdudiyyət siyahımızı genişləndirəcəyik. Bunu açıq-aydın bəyan edirik", - S.Ryabkov deyib.
Onun sözlərinə görə, ABŞ bu kimi siyahıların genişləndirilməsi üzrə "qüsurlu təcrübədən" imtina etdikdən sonra Rusiya da qarşılıqlı prinsiplərə əsaslanaraq bunu edəcək.