Rusiyada yoluxanların sayı 720 500-ü ötdü

Rusiyada yoluxanların sayı 720 500-ü ötdü Ümumilikdə 497 446 pasiyent koronavirusdan sağalıb.
Region
11 İyul , 2020 11:47
Rusiyada yoluxanların sayı 720 500-ü ötdü

Rusiyada son sutka ərzində koronavirusa 6 611 yeni yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 720 547 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 188 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 11 205 nəfərə yüksəlib.

Ümumilikdə 497 446 pasiyent koronavirusdan sağalıb.

Son xəbərlər

Orphus sistemi