Rusiyada ticarət mərkəzində baş verən yanğında xəsarət alanlar arasında ermənilər də var

Rusiyada ticarət mərkəzində baş verən yanğında xəsarət alanlar arasında ermənilər də var Bakı. 26 mart. REPORT.AZ/ Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş verən yanğında xəsarət alanlar arasında ermənilər də var.
Region
26 Mart , 2018 13:42
Rusiyada ticarət mərkəzində baş verən yanğında xəsarət alanlar arasında ermənilər də var

Bakı. 26 mart. REPORT.AZ/ Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş verən yanğında xəsarət alanlar arasında ermənilər də var.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ölkənin Moskvadakı səfirliyinə istinad edərək bildirilib.

Xəsarət alanların vətəndaşlığı dəqiq göstərilmir.

Xatırladaq ki, Kemerovo şəhərində yerləşən dördmərtəbəli "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində yanğın dünən baş verib. Son məlumatlara görə 64 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi