Rusiyada ötən sutka 116 nəfər koronavirusdan ölüb

Rusiyada ötən sutka 116 nəfər koronavirusdan ölüb Rusiyada son bir gündə daha 5 267 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
6 Avqust , 2020 11:51
Rusiyada ötən sutka 116 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 5 267 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 871 894 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 116 nəfər artaraq 14 606-ya yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 676 357 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 684 nəfər.

Son xəbərlər

Orphus sistemi