Rusiyada koronavirusa yoluxanların sayı 707 301 nəfərə çatıb

Rusiyada koronavirusa yoluxanların sayı 707 301 nəfərə çatıb Ümumilikdə  481 316 pasiyent koronavirusdan sağalıb.
Region
9 İyul , 2020 11:43
Rusiyada koronavirusa yoluxanların sayı 707 301 nəfərə çatıb

Rusiyada son sutka ərzində koronavirusa 6  509 yeni yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 707 301 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 176 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 10 843 nəfərə yüksəlib.

Ümumilikdə  481 316 pasiyent koronavirusdan sağalıb.

Son xəbərlər

Orphus sistemi