Rusiya Kosmik Hava Qüvvələrinə yeni rəhbər təyin olunub

Rusiya Kosmik Hava Qüvvələrinə yeni rəhbər təyin olunub Bu, Suriyadakı qoşun qruplaşmasının komandanı Sergey Surovikindir
Region
29 Noyabr , 2017 03:24
Rusiya Kosmik Hava Qüvvələrinə yeni rəhbər təyin olunub

Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiyanın Suriyadakı qoşun qruplaşmasının komandanı Sergey Surovikin ölkənin Kosmik Hava Qüvvələrinə yeni rəhbər təyin olunub.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bundan əlavə, general-leytenant Aleksandr Lapin Mərkəzi Hərbi Dairə qoşunlarının komandanı, general-polkovnik Vladimir Zarudnitski isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Akademiyasının rəisi təyin olunub.

Sergey Surovikin 11 oktyabr 1966-cı ildə Novosibirskdə doğulub. O, 1987-ci ildə Omsk Ali ümumqoşun komandirləri məktəbini, ardınca isə Frunze adına Hərbi Akademiyanı və Baş Qərargahın Hərbi Akademiyasını fərqlənmə ilə bitirib.

2004-cü ilin iyunundan Çeçenistana yerləşdirilmiş 42-ci qvardiya diviziyasına başçılıq edib.

O, cari ilin iyun ayından Suriyada qoşun qruplaşmasının rəhbəridir.

Son xəbərlər

Orphus sistemi