Rusiya ilə Ermənistanı əlaqələndirən yolun bir hissəsi bağlanıb

Rusiya ilə Ermənistanı əlaqələndirən yolun bir hissəsi bağlanıb Bakı. 25 mart. REPORT.AZ/ Hərbi Gürcüstan yolunun cənub hissəsi - Vladiqafqazla Lars arasındakı ərazi tamamilə bağlanıb.
Region
25 Mart , 2018 04:44
Rusiya ilə Ermənistanı əlaqələndirən yolun bir hissəsi bağlanıb

Bakı. 25 mart. REPORT.AZ/ Hərbi Gürcüstan yolunun cənub hissəsi - Vladiqafqazla Lars arasındakı ərazi tamamilə bağlanıb.

"Report" "Moskovskiy komsomoleç"ə istinadən xəbər verir ki, yolda məhdudiyyət Rusiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədar tətbiq edilib.

Bildirilir ki, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsiylə əlaqədar, nəqliyyat vasitələrinin təhlükəsiz gedişinin təminatının qeyri-mümkünlüyü, həmçinin Gürcüstanın sərhəd polisinin tövsiyəsinə uyğun olaraq Vladiqafqaz - Lars yaşayış məntəqəsi istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti martın 24-də, saat 23:15-dən xüsusi icazəyə qədər dayandırılıb.

Bu istiqamətdə səfərlərdən çəkinmək tövsiyə edilib. Qeyd edək ki, həmin yol Rusiya ilə Ermənistanı əlaqələndirir. 

Son xəbərlər

Orphus sistemi