Qroznıda kişi polisə atəş açıb

Qroznıda kişi polisə atəş açıb Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində yerli sakin maşından polisə atəş açıb.
Region
9 Sentyabr , 2019 13:25
Qroznıda kişi polisə atəş açıb

Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində yerli sakin maşından polisə atəş açıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə idarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bazar ertəsi yerli vaxtla saat 08:30 radələrində polisin saxladığı "Ford" markalı avtomobili idarə edən 2001-ci il təvəllüdlü Usman Aziyev polis əməkdaşlarına tərəf tapançadan atəş açıb. Polis cavab atəşi ilə onu öldürüb.

Hadisənin başvermə şəraiti dəqiqləşdirilir. Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Son xəbərlər

Orphus sistemi