Bakı. 19 mart. REPORT.AZ/ Rusiya lideri Vladimir Putin prezident seçkilərində namizəd olmuş bütün rəqibləri ilə görüş keçirmək niyyətində olduğunu bildirib.
"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında qeyd edib.
"Bəli, planlaşdırıram. Baxarıq, administrasiya onlarla əlaqə saxlayacaq, biz razılaşacağıq və mən onların hamısını görüşə çağıracam", - deyə o, mətbuat konfransında bildirib.
Putin həmçinin qeyd edib ki, hökumətdəki bütün dəyişikliklər inauqurasiyadan sonra olacaq.
Qeyd edək ki, seçki bülletenlərinin yarıdan çoxunun hesablanmasına əsasən Putin seçkilərdə 75 faizdən çox seçici səsi toplayıb.