Nursultan Nazarbayev yazdığı şeirinə klip çəkdirib - VİDEO

Nursultan Nazarbayev yazdığı şeirinə klip çəkdirib - VİDEO Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev yazdığı şeirin mahnısına klip çəkdirib.
Region
20 Avqust , 2019 12:41
Nursultan Nazarbayev yazdığı şeirinə klip çəkdirib - VİDEO

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev yazdığı şeirin mahnısına klip çəkdirib.

"Report" TASS-a istinadən xəbər verir ki, videoçarxda N.Nazarbayevin dağətəyi ərazilərdə gəzir və vətəni haqqında mahnı oxuyur.

Qeyd olunur ki, musiqinin sözlərinin müəllifi N.Nazarbayev, bəstəkarı isə Altınbek Korazbayevdir. Kadr arxasında isə eyni mahnını peşəkar sənətçilər ifa edirlər.

"Bir çox ölkələrdə olmuşam, ancaq onlardan heç birini doğma Qazaxıstan torpağı, Alatau ətəyindəki üç təpə ilə müqayisə etmək olmaz. Uşaqlığım burada keçib, köklərim bura bağlıdır", - o, videoya yazdığı qeyddə bildirib.

Xatırladaq ki, Qazaxıstana, təxminən, 30 il rəhbərlik etmiş Nursultan Nazarbayev 2019-cu il martın 19-da dövlət başçısı səlahiyyətlərini təhvil verib.

Son xəbərlər

Orphus sistemi