Bakı. 15 fevral. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində atışma olub.
"Report" REN TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Lomonosov prospektində "Kapitoliy" ticarət mərkəzinin yanında qeydə alınıb.
İlkin məlumatlara görə, 25 yaşlı kişi yaralanıb.
Hadisənin təfərrüatı məlum deyil.