Moskvada koronavirusdan ölənlərin sayı yenidən artıb

Moskvada koronavirusdan ölənlərin sayı yenidən artıb Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölən pasiyentlərin ümumi sayı bir gün ərzində 35 nəfər artıb.
Region
30 İyun , 2020 01:20
Moskvada koronavirusdan ölənlərin sayı yenidən artıb

Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölən pasiyentlərin ümumi sayı bir gün ərzində 35 nəfər artıb.

Bu barədə “Report” Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahına istinadən xəbər verir.

"Moskvada 35 pasiyent öldü, onların hamısında pnevmoniya diaqnozu təsdiq edilmişdi və koronavirus testlərinin nəticəsi müsbət alınmışdı", - qərargahda bildirilib.

Operativ Qərargahın məlumatına görə, Moskvada ümumilikdə koronavirusa yoluxmuş 3 796 insan ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi