Son sutkada Rusiyanın paytaxtı Moskvada koronavirusdan 28 nəfər vəfat edib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, bununla da paytaxtda pandemiya qurbanlarının sayı 4 027 nəfərə çatıb.
Rusiyada pandemiya ərzində COVID-19-a 694 min yoluxma qeydə alınıb. Ölkədə ümumilikdə 10 494 nəfər vəfat edib. Bununla yanaşı, virusa yoluxmuş 463 mindən çox pasiyent sağalıb.