Kemerovoda baş vermiş yanğından sonra bir neçə məmur istefaya göndərilib

Kemerovoda baş vermiş yanğından sonra bir neçə məmur istefaya göndərilib Qubernator Aman Tuleyev müavini və departament rəisini işdən çıxarıb
Region
28 Mart , 2018 13:43
Kemerovoda baş vermiş yanğından sonra bir neçə məmur istefaya göndərilib
Газета.Ru

Bakı. 28 mart REPORT.AZ/ "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində baş verən yanğından sonra Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev müavini və Daxili Siyasət Departamentinin rəisini vəzifələrindən azad edib. 

Bu barədə "Report" "İnterfaksa" istinadən xəbər verir.

"Qubernatorun müavini Aleksey Zelenin və Daxili Siyasət Departamentinin rəisi Nina Lopatina vəzifələrindən azad ediliblər", - agentliyin həmsöhbəti deyib.

Həmçinin bildirib ki, A.Zeleninin yerini Kemerevo başçısının birinci müavini Olqa Turbaba tutacaq, N.Lopatinanın yerinə isə onun müavini Valentina Nazimok təyin ediləcək.

"Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın martın 25-də baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğında 64 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi