İranda zəlzələdə yaralananların sayı artdı

İranda zəlzələdə yaralananların sayı artdı Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib
Region
7 Sentyabr , 2020 13:17
İranda zəlzələdə yaralananların sayı artdı
0 : 00
0 : 00

İranın şərqində yerləşən Gülüstan əyalətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 34 nəfərə yüksəlib.

“Report” ISNA-ya istinadən xəbər verir ki, bu barədə tibb işçiləri məlumat veriblər.

Bildirilib ki, 17 yaralı xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerində yardım göstərilib.

Qeyd edək ki, sentyabrın 7-də gecə saatlarında Gülüstan əyalətinin Ramian şəhərində 5,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib.

Son xəbərlər

Orphus sistemi