Bakı. 23 mart. REPORT.AZ/ İranlı hakerlər BMT və ABŞ hökumətinin serverlərini qırıblar.
“Report” xəbər verir ki, bunu Nyu-York ştatının Cənub dairəsinin prokuroru Ceffri Berman deyib.
"Əmək Nazirliyi, BMT və Energetikanın tənzimlənməsi üzrə federal komissiya onların qurbanı olub", - deyə RİA "Novosti" Bermanın sözlərini sitat gətirib.
Həmçinin bildirilir ki, hakerlər hökumətin məxfi məlumatlarını, ticarət və hərbi texnologiyalar sahəsində qapalı informasiyaları oğurlayıblar.