İran Rusiyadan “Suxoy-100” sərnişin təyyarəsi alır

İran Rusiyadan “Suxoy-100” sərnişin təyyarəsi alır Rusiya istehsalı olan “Suxo-100” sərnişin təyyarəsi 110 sərnişin tutur və iki mühərriklidir
Region
8 Mart , 2018 15:47
İran Rusiyadan “Suxoy-100” sərnişin təyyarəsi alır

Bakı. 8 mart. REPORT.AZ/ “İran Hava Yolları Rusiyadan “Suxoy-100” sərnişin təyyarəsi alacaq”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, Mokva ilə Tehran arasında bu məsələyə dair detallı müzakirə davam edir: “Alış-veriş üçün lazım olan plan hazırlanıb”.

Rusiya istehsalı olan “Suxoy-100” sərnişin təyyarəsi 110 sərnişin tutur və iki mühərriklidir.  

Son xəbərlər

Orphus sistemi