Gürcüstanın dağ-xizək kurortunda kanat yolu sıradan çıxıb, xəsarət alanlar var - VİDEO

Gürcüstanın dağ-xizək kurortunda kanat yolu sıradan çıxıb, xəsarət alanlar var - VİDEO İlkin məlumata görə, qəzaya səbəb elektrik enerjisinin kəsilməsi olub
Region
16 Mart , 2018 14:30
Gürcüstanın dağ-xizək kurortunda kanat yolu sıradan çıxıb, xəsarət alanlar var - VİDEO

Bakı. 16 mart. REPORT.AZ/ Gürcüstanın dağ-xizək kurortu olan Qudauridə kanat yolunun sıradan çıxması nəticəsində 10 nəfərdən çox insan xəsarət alıb.

Bu barədə "Report" "Грузия-Online"a istinadən xəbər verir.

İlkin məlumata görə, qəzaya səbəb elektrik enerjisinin kəsilməsi olub.

Kanat yolunda qalan insanların oradan düşməsinə kömək göstərilir.

Yerli televiziya kanalının yayımladığı videomaterialda elektrik enerjisi kəsildikdən sonra baş verənlər əksini tapıb. Kreslolar kanat yolu ilə aşağıya doğru sürüşərək bir-birinə dəyib.

Son xəbərlər

Orphus sistemi