Gürcüstanda koronavirusa yoluxanların sayı 958-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 958-ə çatdı Gürcüstanda son sutka&ərzində&koronavirusa 5 yeni yoluxma faktı qeydə alınıb.
Region
7 İyul , 2020 09:49
Gürcüstanda koronavirusa yoluxanların sayı 958-ə çatdı

Gürcüstanda son sutka ərzində koronavirusa 5 yeni yoluxma faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 958 nəfərə çatıb. Onların 838-i müalicə olunaraq sağalıb, 15-i isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində saxlanılanların sayı 3 903, stasionar nəzarətdə olanların sayı isə 202 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi