Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanılıb Gürcüstanın Batumi şəhərində qanunsuz yaşayan 9 Türkiyə vətəndaşı saxlanılıb.
Region
2 İyun , 2020 11:35
Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstanın Batumi şəhərində qanunsuz yaşayan 9 Türkiyə vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

İstintaqla müəyyən olunub ki, əcnəbi vətəndaşlar Gürcüstan sərhədini qanunsuz keçiblər. Onların qaldıqları mənzillərdə axtarış zamanı 4 odlu silah müsadirə edilib.

Faktla bağlı istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi