Gürcüstana gedən rəsmi şəxslərdən koronavirusla bağlı sənəd tələb olunacaq

Gürcüstana gedən rəsmi şəxslərdən koronavirusla bağlı sənəd tələb olunacaq Gürcüstana rəsmi səfər edəcək xarici dövlət və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin üzvləri karantinə alınmayacaq.
Region
30 İyun , 2020 20:37
Gürcüstana gedən rəsmi şəxslərdən koronavirusla bağlı sənəd tələb olunacaq

Gürcüstana rəsmi səfər edəcək xarici dövlət və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin üzvləri karantinə alınmayacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin qərarında bildirilib.

Qərara əsasən, əcnəbi rəsmi qonaqlardan Gürcüstanın sərhəd-nəzarət buraxılış məntəqələrində səfərə qədər son 72 saat ərzində koronavirusla bağlı PCR testinin aparılmasını təsdiq edən sənəd tələb olunacaq.

Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılması təhlükəsinə görə ölkəyə daxil olan bütün şəxslər dövlət hesabına məcburi ikihəftəlik karantinə götürülür. 

Son xəbərlər

Orphus sistemi