Gürcüstan Aİ-nin Navalnının zəhərlənməsi ilə bağlı bəyanatına qoşulub

Gürcüstan Aİ-nin Navalnının zəhərlənməsi ilə bağlı bəyanatına qoşulub Gürcüstan Avropa İttifaqının (Aİ) rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının zəhərlənməsi ilə bağlı bəyanatına qoşulub.
Region
3 Sentyabr , 2020 20:57
Gürcüstan Aİ-nin Navalnının zəhərlənməsi ilə bağlı bəyanatına qoşulub
Aleksey Navalnı

Gürcüstan Avropa İttifaqının (Aİ) rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının zəhərlənməsi ilə bağlı bəyanatına qoşulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün ATƏT-in Daimi Şurasının iclasında Aİ-nin nümayəndə heyətinin təşəbbüsü ilə A.Navalnının zəhərlənməsi müzakirə olunub. Məsələ ilə bağlı Aİ bəyanat qəbul edib və Gürcüstan sənədi dəstəkləyib.

Aİ bəyanatda rusiyalı müxalifətçinin “Noviçok” kimyəvi maddəsi ilə zəhərlənməsindən narahatlıq ifadə edərək Rusiya hakimiyyəti tərəfindən məsələ ilə bağlı müstəqil və şəffaf araşdırmanın aparılmasının zəruriliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi