Ermənistanın baş naziri İrana səfər edəcək

Ermənistanın baş naziri İrana səfər edəcək Bakı. 10 avqust. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfər edəcək.
Region
10 Avqust , 2018 12:25
Ermənistanın baş naziri İrana səfər edəcək
Reuters

Bakı. 10 avqust. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Facebook” səhifəsində yazıb.

Onun yazdığına görə, avqustun 9-da Nikol Paşinyan İslam Respublikasının Ermənistandakı səfiri Seyid Kazem Səccadini qəbul edib.

Görüş zaman tərəflər iki ölkə arasındakı münasibətin çox yüksək səviyyədə oldğunu vurğulayıblar.

“Bu münasibət Ermənistan, yaxud İran üçün çətin dövrlərdə heç vaxt pozulmayıb və ya problem yaranmayıb”, - A.Qriqoryan yazıb.

Səfir Nikol Paşinyanın İrana planlaşdırılan səfərinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani Nikol Paşinyanı ölkəsinə səfərə dəvət edib. 

İngilis versiyası Pashinyan to visit Iran

Son xəbərlər

Orphus sistemi