Ermənistanda yüksək vəzifəli hərbçilər barəsində cinayət işi başlanılıb

Ermənistanda yüksək vəzifəli hərbçilər barəsində cinayət işi başlanılıb Həmin hərbçilər dələduzluqda ittiham olunurlar
Region
1 Sentyabr , 2020 10:29
Ermənistanda yüksək vəzifəli hərbçilər barəsində cinayət işi başlanılıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işi başlayıb.

“Report” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, həmin hərbçilər dələduzluqda ittiham olunurlar. Milli Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalarla müəyyən edilib ki, həmin məmurlar 2019-cu ilin may-iyun aylarında Ermənistan Müdafiə Nazirliyinin tikintilərində və binalarında havalandırma sistemlərinin, eləcə də su borularının təmiri ilə bağlı elan edilən açıq tenderdə hüquqi şəxs qismində iştirak etmiş şirkəti qalib elan ediblər. Şirkət hərbi hissələri təmir etməyi öhədəsinə götürsə də, nazirliyin vəzifəli şəxsləri ilə sövdələşərək heç bir iş görmədən iyulun 13 və 31-də imzalanan müqavilə əsasında 150 milyon dram (312 min 410 ABŞ dolları) məbləğində maliyyə vəsaitini mənimsəyiblər.

Həmin hərbçilər barəsində Cinayət Məcəlləsinin dələduzluq, sənəd, ştamp, möhür, blank və nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının saxtalaşdırılması, xidməti vəzifədən sui-istifadə maddələri üzrə cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi