Ermənistanda qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

Ermənistanda qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər Bu yataq ABŞ-ın “Lydian International" şirkəti tərəfindən istismar olunur. Amulsar qızıl mədəni Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir.
Region
30 İyul , 2020 16:49
Ermənistanda qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

“Hökumətin bizi iqtisadi və sosial maraqlarına qurban verdiyindən şübhələnirik”.

“Report” “Novosi Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyas keçirən “Lydian International” dağ-mədən şirkətinin əməkdaşları bildiriblər.

Onlar hökumətdən normal iş rejiminin yaradılması üçün tədbirin görülməsini tələb ediblər: “Biz iki ay əvvəl 120 nəfərin imzası ilə Ermənistan hökumətinə istəklərimizi yazmışıq. İndiyədək heç bir reaksiya verilməyib. Bizim tələblər dəyişməyib. Amulsar ətrafında yaşayanlar işlə təmin olunmağı, bu məsələnin siyasi alver predmetinə çevrilməməsini istəyir".

Aksiya iştirakçılarının sözlərinə görə, hakimiyyət bu məsələni xarici dövlətin daxili işi olduğunu bildirir: “Ancaq Amulsar Ermənistan ərazisindədir və biz Ermənistanın tamhüquqlu vətəndaşlarıyıq”.

Xatırladaq ki, bu il iyunun əvvəlində Ermənistanda Cermuk kurort şəhərinin sakinləri, ictimai fəallar Amulsar qızıl yatağının bağlanması tələbi ilə aksiya keçiriblər. Onlar mədənə gedən yolları bağlayıblar və hökumətdən məsələ ilə bağlı dəqiq cavab alanadək ərazidən çəkilməyəcəklərini bildiriblər.

Qndevaz kəndinin sakinləri içməli suyun çirkləndiyini, onun içilməsinin mümkün olmadığını görüblər. Ona görə də Cermukdan olan ictimai fəallar qızıl mədəninin bağlanması tələbi ilə çıxış edən kənd sakinlərini dəstəkləyirlər.

“Lydian International” şirkətinin əməkdaşları onların işinə mane olmamağı istəyiblər. Şirkət əməkdaşları əllərində “Amulsar əməkdaşları-ən yaxşı ekoloqlar!” şüarı tutublar. Şirkət nümayəndəsi isə bildirib ki, yerli sakinlərin etirazı müəyyən qüvvələr tərəfindən təşkil olunan sabotajdır.

Qeyd edək ki, bu yataq ABŞ-ın “Lydian International" şirkəti tərəfindən istismar olunur. Amulsar qızıl mədəni Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir. Orada 31 milyon ton filiz və 40 ton xalis qızıl olduğu ehtimal edilir. Yataq Cermuk şəhərindən 13 km aralıda, Ermənistanın cənub-şərqində, Arpa və Bərguşad (ermənilər Vorotan deyir) çayları arasında yerləşir.

Son xəbərlər

Orphus sistemi