Ermənistanda polis rəisinin müavinləri istefa verdi

Ermənistanda polis rəisinin müavinləri istefa verdi Qəzetin yazdığına görə, müavinlərin istefası bu güc strukturunda ciddi kadr çatışmazlığına səbəb olacaq
Region
5 Avqust , 2020 14:18
Ermənistanda polis rəisinin müavinləri istefa verdi

Ermənistan polis rəisinin (daxili işlər naziri) iki müavini Hayk Mqryan və Tiqran Yesayan istefa verib.

“Report” xəbər verir ki, məlumatı “168 jam” yayıb.

Qəzetin yazdığına görə, müavinlərin istefası bu güc strukturunda ciddi kadr çatışmazlığına səbəb olacaq. Mqryan və Yesayan yüksək peşəkar kadr sayılırlar. Mqryan bu vəzifəyə 2020-ci ilin yanvarında təyin olunub. O, koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət rejimini kurasiya edib. Yesayan isə 2019-cu ildə polis rəisinin müavini təyin edilib.

Müavinlərin istefasının səbəbi ilə bağlı açıqlama yayılmayıb. Ermənistan baş nazirinin təqdimatı əsasında prezident rəis müavinlərinin istefasını qəbul və yenisini təyin edir.

Son xəbərlər

Orphus sistemi