​Ərdəbilin 10 xalça naxışı beynəlxalq qeydiyyata alınıb

​Ərdəbilin 10 xalça naxışı beynəlxalq qeydiyyata alınıb Hazırda əyalətdə xalçaçılıq sahəsində 33 min nəfər çalışır
Region
12 May , 2015 13:43
​Ərdəbilin 10 xalça naxışı beynəlxalq qeydiyyata alınıb

Bakı. 12 may. REPORT.AZ/ Ərdəbil bölgəsinə aid 10 xalça naxışı dünyanın mədəni irsi kimi beynəlxalq qeydiyyata alınıb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu Ərdəbil əyaləti sənaye, mədən və ticarət təşkilatının sədri Seyid Hamid Amili bildirib.

Onun sözlərinə görə, hazırda əyalətdə xalçaçılıq sahəsində 33 min nəfər çalışır: "İl ərzində Ərdəbildə yüz min kv. metr xalça toxunur. Bu xalçaların müəyyən hissəsi yerli, çoxu xarici dövlətlərin bazarına çıxarılır. Ərdəbilin əllə toxunan xalçalarındakı özəl 10 naxış bölgənin sənət adamlarının mənəvi və mədəni sərmayəsi olaraq beynəlxalq səviyyədə yerini əks etdirir".

Son xəbərlər

Orphus sistemi