Türkiyənin DİN başçısı: "Diyarbakırdakı terrorda 7 nəfər şəhid olub, 10 nəfər yaralanıb"

Türkiyənin DİN başçısı: "Diyarbakırdakı terrorda 7 nəfər şəhid olub, 10 nəfər yaralanıb" “Avtomobilin keçdiyi yolda əldəqayırma partlayıcının partladılması nəticəsində 7 nəfər şəhid olub, 10 nəfər yaralanıb”.
Region
13 Sentyabr , 2019 10:40
Türkiyənin DİN başçısı: Diyarbakırdakı terrorda 7 nəfər şəhid olub, 10 nəfər yaralanıb

“Avtomobilin keçdiyi yolda əldəqayırma partlayıcının partladılması nəticəsində 7 nəfər şəhid olub, 10 nəfər yaralanıb”.

“Report” “Haber 7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. 

Nazir sentyabrın 12-də gecə saatlarında Diyarbakır əyalətinin Kulp rayonunda terrorçu PKK qruplaşmasının içərisində mülki vətəndaşlar olan avtomobilin keçdiyi yolda əldəqayırma qurğunun partlatması nəticəsində yaralananlara baş çəkib. 

Onun sözlərinə görə, içərisində Türkiyənin Muş, Batman və Kulp bölgələrindən qayıdan 20 fəhlənin olduğu avtomobil partladılıb: “Kulp rayonun Ağaçkorur kəndində meşə təsərrüfatı işçiləri terrorçu PKK-nın hücumu nəticəsində şəhid olublar”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terror aktı nəticəsində şəhid olan və yaralanan şəxslərin yaxınları ilə telefonla danışıb. 

Ölkə parlamentinin sədri Mustafa Şentop isə bildirib ki, mülki vətəndaşlara hücum edənlər əməllərinin cavabını alacaqlar. 

Son xəbərlər

Orphus sistemi