Çinin dövlət başçısı son 10 ildə ilk dəfə İrana səfər edib

Çinin dövlət başçısı son 10 ildə ilk dəfə İrana səfər edib Bu, Si Tszinpinin Yaxın Şərq regionu üzrə turnesinin son mərhələsidir
Region
23 Yanvar , 2016 13:53
Çinin dövlət başçısı son 10 ildə ilk dəfə İrana səfər edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Çinin dövlət başçısı Si Tszinpin Yaxın Şərqlə iqtisadi əlaqələri gücləndirmək üçün Tehrana qısamüddətli işgüzar səfərə gəlib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu, Çin Xalq Respublikası sədrinin son 10 ildə İrana ilk səfəridir.

Qeyd edək ki, rəsmi Pekin İran neftinə milyard dollarlar sərf edir və Tehranın ən böyük ticarət tərəfdaşı sayılır.

Tehrana səfər Si Tszinpinin Yaxın Şərq regionu üzrə turnesinin son mərhələsidir. O, daha əvvəl Səudiyyə Ərəbistanı və Misirə səfər etmişdi.

Son xəbərlər

Orphus sistemi