Böyük Britaniyanın Baş naziri İran Prezidenti ilə görüşüb

Böyük Britaniyanın Baş naziri İran Prezidenti ilə görüşüb Bakı. 26 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
Region
26 Sentyabr , 2018 10:41
Böyük Britaniyanın Baş naziri İran Prezidenti ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, tərəflər ABŞ-ın Tehranla imzalanan atom-nüvə razılaşmasından çıxmasını, bölgədəki vəziyyəti, Əhvazda keçirilən parad zamanı tördəilən terror aktını müzakirə ediblər. 

H.Ruhani Böyük Britaniyada fəaliyyət göstərən bəzi KİV-lərin Əhvaz terrorunu dəstəklədiyini Tereza Meyin diqqətinə çatdırıb.

Böyük Britaniyanın Baş naziri Əhvazda həlak olanlarla bağlı İran prezidentinə başsağlığı verib.

Qeyd edək ki, İran hakimiyyəti Böyük Britaniya hökumətindən “əl-Əhvaziyyə” silahlı qruplaşması üzvlərini müəyyən edərək ölkə ərazisindən deportasiya edilməsini istəyib. 

İran rəsmiləri iddia edir ki, mərkəzi Londonda yerləşən "Iran International" televiziyası terror təbliğatı aparır. Onlar Birtaniyanın Media Qurumlarına Nəzarət Şurasına şikayət etdiklərini bildiriblər: “Bu telekanalın ölkə xarici yayımlarının araşdırılması vacibdir”.

Xatırladaq ki, sentyabrın 22-də İranın Xuzistan əyalətinin Əhvaz şəhərində hərbçilərin paradına silahlı hücum nəticəsində 29 nəfər ölüb, ən azı 70 nəfər yaralanıb. Hücumdan dərhal sonra “əl-Əhvaziyyə” adlı qrupun sözçüsü Yakub Hür əl-Tastari terrorun məsuliyyətini öz üzərlərinə götürdüklərini bildirib. İran KİV isə terrorun məsuliyyətini “Əhvaz Vətənsevər Ərəb Demokratik Hərəkatı”nın götürdüyü barədə məlumat yayıb. Bu təşkilatın bəzi rəhbərləri Niderland, Danimarka və Britaniyada yaşayır. 2017-ci ilin noyabrında isə təşkilatın lideri Əhməd Molla Nisi Niderland Krallığının Haaqa şəhərində yaşadığı evin qarşısında güllələnərək öldürülüb.

Son xəbərlər

Orphus sistemi